Karib dənizi sahillərində 5-ci dərəcəyə qədər yüksələn “Mariya” qasırğası baş nazirin evini yerlə yeksan edib.
Publika.az xəbər verir ki, Dominika Birliyinin baş naziri Ruzvelt Skerrit bu barədə özünün Feysbuk səhifəsində yazıb.
“Şiddətli külək evimin damını uçurub. Təbii fəlakət qarşısında acizik. Hazırda ev su ilə dolur”-deyə qeyd edən R.Skirrit bir qədər sonra təhlükəsiz şəraitdə olduqlarını da yazıb.
ABŞ prezidenti Donald Tramp “Mariya” qasırğası ilə əlaqədar Karib dənizində yerləşən ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.