Türkiyə HHQ yenidən əməliyyata başladı – İraqda

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yenidən hərbi əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.

Məlumata görə, başlanan hərbi əməliyyatlar nəticəsində PKK-nın bri neçə məntəqəsi məhv edilib.

Əməliyyatla bağlı başqa detallar açıqlanmayıb.