Vyetnamda fırtına faciəsi — 9 ölü, 112 yaralı ( FOTOLAR )

Doksuri fırtınası Vyetnamı cənginə alıb.

“Ölkə.Az” xəbər verir ki, paytaxt Hanoidə fırtınanın səbəb olduğu sel 9 nəfərin ölümünə, 112 nəfərin yaralanmasına səbəb olub. Fövqəladə hallar idarəsinin məlumatına əsasən bir çox insan itkin düşüb.

135 km/saat sürətlə hərəkət edən fırtına şiddətli dolu və yağışa səbəb olub. Nəticədə bir çox binanın dam örtüyü uçub, ağac və elektrik dirəkləri aşıb.

5 min ev su altında qalıb, 24 min evə ziyan dəyib. 79 min nəfər kənd sakini təhlükəsiz ərazilərə təxliyyə edilib. Bundan sonra 210 min nəfər də təxliyyə ediləcək. Şəhərin hava limanında 40 təyyarə reysi təxirə salınıb.