Azərbaycan Seulda “Avrasiya Altay Mədəniyyətlərarası Qarşılaşma” adlı festivalda iştirak edir.
“Report” Azərbaycanın Cənubi Koreyadakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan guşəsi təşkil edilib, milli geyimlər, suvenirlər, Azərbaycan tarixi, memarlığı, mətbəxi haqqında broşurlar nümayiş etdirilib.
Festivalın açılışında Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edib.