Biləsuvarda ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin adı məlum olub – YENİLƏNİB – 1

Biləsuvarda ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin adı məlum olub.

Astarainfo.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, bunlar Qasımov Samir Əzizulla oğlu və Nağıyev Çingiz Xudaverdi oğludur.

Onların hər ikisi Lənkəran sakinidir.


***08:20

Biləsuvar. 20 sentyabr. REPORT.AZ/ Biləsuvarda ağır yol qəzası nəticəsində 4 nəfər ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, qəza minik və yük maşınlarının toqquşması nəticəsində baş verib.


***07:58

Biləsuvar. 20 sentyabr. REPORT.AZ/ Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, qəza nəticəsində yaralıların olduğu bildirilir.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda bir qadın yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Digər yaralılar da xəstəxanaya çatdırılır.

Hadisənin təfərrüatları və yaralıların adları dəqiqləşdirilir.