Meksikada zəlzələ nəticəsində azı 42 nəfər ölüb

Meksikanın Morelos ştatında zəlzələ nəticəsində azı 42 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ştatın qubernatoru Graco Ramirez Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.