Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

Türkiyənin Niğde bölgəsində Ali Polis Məktəbində helikopterin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı ölüb, biri ağır yaralanıb.

Astarainfo.az“Report”-a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, məktəbdə təlim zamanı helikopterin pəri 2 polisə çırpılaraq onları ağır yaralayıb. Polislərdən biri hadisə yerində ölüb, o biri isə ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.