Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

Yaponiyanın şərqindəki Honsü adasında 6,1 bal gücündə zəlzələ olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 16:37-də qeydə alınıb. Zəlzələnin episentri adanın Kamaisi şəhərindən 281 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.