Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 01:43-də baş verib. Zəlzələ kimsəsiz olan Oklend adasından 256 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.