Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.

Astarainfo.az Enter.News-a istinadən xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də ona bu sevinci ali dərəcəli mama-ginekoloq Səbinə Mirzəyeva yaşadıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.

Əzizə Haqverdiyeva hisslərini Space Tv-də yayımlanan “Hər gün” informasiya proqramı ilə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.