Azərbaycan istehsalı olan şərab “Korea Wine Challange” müsabiqəsində mükafata layiq görülüb

Azərbaycan istehsalı olan “Savalan” şərabı “Wine Review” jurnalının təşkilatçılığı ilə Koreya Respublikasında keçirilmiş “Korea Wine Challange” şərab müsabiqəsində mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, 23 ölkədən 810 şərabın təqdim olunduğu müsabiqədə “Aspi-Aqro” MMC-nin “Savalan” şərabı bürünc medalla mükafatlandırılıb.

Qeyd edək ki, təşkilatçılar müsabiqənin qalibləri barədə məlumatı Koreya Respublikasının şərab biznesi ilə məşğul olan

şirkətlərinə təqdim edəcəklər.