“Etihad Airways” ödəniş sistemində yenilik edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” aviaşirkəti satdığı biletlərin dəyərinin ödənilməsinə yenilik edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, yenilik ödənişin hissə-hissə, internet üzərindən həyata keçirilməsini nəzərdə tutur.

Ödəniş müddəti 3 aydan 60 aya qədər təklif edilir. Şirkətdə hesab edirlər ki, bu təşəbbüs orta və aşağı gəlirli sərnişinlərin işinə yarayacaq.