İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

İndoneziyada, Yava adasının sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Surabaya şəhərindən 125 kilometr şimal-şərqdə, ocağı isə 588 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.