İsveçin meşələrindən birində unikal hotel yerləşir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Kolarbyn Eco-Lodge” hotelində dincəlmək istəyən qonaqlar bu məkanın qeyri-adi qaydaları şəraitində istirahət etməlidirlər.

Belə ki, hotel elektrik sistemindən, qızdırıcı sudan, internetdən məhrumdur. Amma burada üç gün dincəlmək üçün 4390 isveç kronu ödəməlidirlər.

Hotelin sakinləri adi şəhər sakinləridir. Ekoloji cəhətdən təmiz məkanın qonaqları öz qayğılarını özləri çəkməlidirlər. Onlar su daşımalı, odun doğramalıdırlar.

Hamamı göldə çimmək əvəzləyir. Burada balıq tutmaqla, göbələk, çiyələk yığmaqla dincəlmək mümkündür.