Lənkəranda evində yanaraq ölən kişinin intihar etdiyi məlum olub

Lənkəranda evində yanaraq ölən şəxsin intihar etdiyi məlum olub.

Lənkəran Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü  Gülməmməd Əliməmməd oğlu Eyvazov yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatydırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.