Puerto-Riko adası “Mariya” qasırğa nəticəsində tamamilə işıqsız qalıb

Puerto-Riko adası “Mariya” qasırğa nəticəsində tamamilə işıqsız qalıb.

Trend-in “RİA Novosti”yə sitinadən verdiyi məlumata görə, bunu adanın fövqəladə hallar xidmətinin rəhbəri Abner Qomes bildirib.

O, bildirib: “Hazırda adanın 100 faizi elektik enerjisiz qalıb. Bu qasırğa qarşısına çıxan hər şeyi məhv edib”.

Qeyd edək ki, hazırda “Mariya” qasırğası 3-cü dərəcəyə qədər zəifləyib və Dominikan respublikası istiqamətinə gedir. Qasırğanın episentrində küləyin sürəti saatda 185 kilometrdir.