Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Espiratu-Santo adasındakı Luqanvil şəhərindən 414 kilometr cənubda. Zəlzələ ocağı 196 kilometr dərinlikdə olub.

Hələlik tələfat və dağıntı, sunami təhlükəsi barəsində məlumat daxil olmayıb.