Azərbaycan Prezidenti İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxıb

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.

Qeyd edək ki, oyun voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.