Bir müddət öncə Bakıda ananın körpəsini xilas etmək üçün özünü avtobusun altına atması ilə bağlı yeni təfərrüatlar məlum olub.
A24.Az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov bildirib:
“Günel Əsgərovanı bir neçə gün əvvəl avtobus vuraraq öldürüb. Qucağında 1 yaşlı uşağı ilə dayanacaqda olarkən avtobusun üstünə gəldiyini görüb uşağını kənara ataraq xilas etsə də, özü avtobusun təkəri altında can verib. Ən dəhşətli isə odur ki, hadisə baş verən kimi sürücü avtobusu ataraq qaçıb, Günel isə avtobusun altında qalıb. Uşağı iməkləyərək avtobusun altına girib və can verən anasını qucaqlayıbmış… Körpəni avtobusun altından hadisə şahidləri güclə çıxarıb.”