Davamlı tibbi təhsil sisteminin tətbiqi ilə əlaqədar “dəyirmi masa” keçiriləcək

Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli səhiyyə xidməti göstərilməsinə zəmin yaradır. Həkimlərin müasir tibb elminin inkişaf və yeniliklərindən xəbərdar olmaları üçün davamlı tibbi təhsil əhəmiyyətli rol oynayır.

AZƏRTAC xəbər verir ki, 2017-2018-ci tədris ilindən səhiyyə nazirinin ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” haqqındakı əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə davamlı tibbi təhsil sisteminə keçid dövrü başlanacaqdır.

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sisteminin ilk dəfə tətbiqi ilə əlaqədar olaraq sentyabrın 25-də “dəyirmi masa” keçiriləcək. Tədbirdə müvafiq əmrin yerinə yetirilməsi sahəsində görülən işlər müzakirə olunacaq.