“Məzun evi” Sosial Müəssisəsinin işçilərinin sayı artırılıb

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçiləri sırasına hüquqşünas və psixoloq ştatları əlavə edilib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında müvafiq dəyişiklik edib.

Hüquqşünas və psixoloqun aylıq vəziyə maaşları 330 manat müəyyən edilib.