Dostluq səfəri ilə Azərbaycanda olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket və “MB-58” dəniz yedək gəmiləri sentyabrın 22-də Bakı limanını tərk edib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.