Saatlıda “QAZ”, Tərtərdə “VAZ” markalı avtomobil yanıb

Saatlı və Tərtərdə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Xanlarkənd kəndində ümumi sahəsi 100 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 10 ton ot tayasının 6 tonu və yaxınlıqda “QAZ” markalı yük avtomobilinin kabinəsi və banı yanıb. Ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Tərtər rayonu, Seydimli kəndində “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.