Saatlı rayonu, Xanlarkənd kəndində ümumi sahəsi 100 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 10 ton ot tayasının 6 tonu və yaxınlıqda “QAZ” markalı yük avtomobilinin kabinəsi və banı yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.