Tailanda partlayış törədilib: 4 hərbçi ölüb, 6 nəfər yaralanıb

Tailandın cənubunda Pattani əyalətində törədilən partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda bölgə üzrə hərbi komandanlığın Pramote Promin bildirib.

Onun sözlərinə görə, əldəqayırma partlayıcı qurğu əyalət şosesinin yaxınlığından keçən drenaj boruda gizlədilib və içərisində hərbçilər olan patrul avtomobili həmin ərazidən keçərkən partlayıb: “Partlayış nəticəsində maşın iki hissəyə bölünüb. Xəsarət alanlardan 5-i hərbçi, biri mülki şəxsdir”.

Hərbçilərin nümayəndəsi bildirib ki, partlayışın arxasında islam adı altında fəaliyyət göstərən qrupların dayandığı ehtimal edilir.

Qeyd edək ki, bölgənin ayrılması uğrunda mübarizə aparan qruplaşmaların fəaliyyət göstərdiyi bildirilir. Tailandın təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplar arasında toqquşma 2004-cü ildən başlayıb. Bu müddət ərzində silahlı atışmalar, əldəqayırma bombaların partladılması nəticəsində çox mülki şəxs olmaqla 6,7 min nəfər ölüb.

Narativat və Pattani əyalətləri ilə yanaşı, Yalla bölgəsi də Tailandın “ucqar cənubunda” yerləşir. Həmin əyalətlərin əhalisi etnik müsəlman-malaylardan ibarətdir.