“TurAz Qartalı – 2017” təlimlərinə döyüş helikopterləri də qoşulub (FOTO/VİDEO)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2017” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17 və Sikorski S-70 helikopterləri iştirak edir.