Sentyabrın 23-də Şəkidən 22 km şimal-şərqdə Dağıstan ərazisində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15.40-da qeydə alınıb.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.