Elmar Məmmədyarov Fələstinin xarici işlər naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində fələstinli həmkarı Riyad Əl-Məliki ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda beynəlxalq təşkilatların iştirakı ilə Fələstin məsələsi üzrə keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.