İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Osman Qənimi bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla görüşəcək.
Qeyd edək ki, İraqın şimalındakı kürd muxtar bölgəsi sentyabrın 25-də “müstəqilliklə bağlı referendum” keçirməyi planlaşdırır. Türkiyə, İraq, İran, ABŞ və bir sıra dövlətlər belə bir tədbirin keçirilməsinin əleyhinədir və bölgə hökumətindən “referendum”u təxirə salmağı tələb ediblər.