Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü başlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Ermənistanın Xarici İşlər Nazirliyinin “Twitter” hesabında yayılıb.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edir.