Qubada qətl törədilib

Quba rayonunda qətl hadisəsi törədilib.  

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.