usiya zəngin, qədim mədəniyyətə və tarixə malik bir ölkədir. Bu zənginliyin səbəbi isə bir ölkə daxilində 150 min fərqli etnik xalqın yaşamasıdır.

  Yalnız rus xalqına məxsus olan qəribə adətlər.

1. Təzə anadan olan körpələrə gümüş qaşıq hədiyyə edilir.

2. Toy mərasimində gəlinlə bəyə böyük ölçülü çörək verilir. Çörəkdən ən böyük dişləyi kim alarsa, ailədə onun sözü keçir.

3. Avtomobil qəzasında ölən adamın yaxınları hadisənin baş verdiyi yerə mütəmadi olaraq çiçək qoyur.

4. Yeni doğulan körpələrə böyüklərinin adları qoyulduğu üçün burada ad çeşidliyi çox azdır.

5. Əl ilə salamlaşmaq ruslar üçün önəmli adətdir. Onlar əlcəklə heç vaxt salamlaşmırlar.

6. Soyuq iqlimdə yaşadıqları üçün yemək çeşidlərinin əksəriyyəti isti şorbalardan ibarətdir.

7. Zəngin içki mədəniyyətinə sahib olan ruslar tost deyildikdən sonra bir qurtum da olsa, içməlidirlər. Əks halda bu, mədəniyyətsizlik hesab edilir.

8. Bu ölkədə pəncərələrin başqa dünya ilə bağlantısı olduğuna inanırlar. Buna görə də pəncərədən aşağı tüpürməz, su tökməzlər. Hətta xaç suyuna salınmadan ölən körpələrin cənazələrini pəncərədən çıxararlar.

9. İlin hər günü bir ad üçün bayram elan edilib. Eyni ada sahib olan insanlar həmin gün bir araya gələr və bayram edərlər.

10. Kişilər bir-birilərini yanaqlarından öpməzlər. Bu hərəkətin yalnız qadınlara yaraşdığını deyirlər.

Publika.az

Zümrüd