“AZE Nakhchivan SK” futbol klubu üçün imzalar atıldı

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan futbol klubu ilə bağlı dünən təsisçilərin iclası keçirilmiş futbol klubunun rəsmi ədliyyə orqanı və eyni zamanda Alman Futbol Federasiyası tərəfindən qeydiyyatı ilə bağlı müraciət sənədlərinə, protokollara imzalar atıldı.

Ölkə.Az xəbər verir ki, klubun fəaliyyət proqramı, məqsəd və vəzifələri qəbul olundu. Eyni zamanda klubla “JSV Köln-96” futbol klubu arasında birgə fəaliyyətə dair saziş imzalandı. Belə ki, bu kluba aid futbol təsisləri bundan sonra “AZE Nakhchivan SK” klubunun da istifadəsinə verildi. Bu o deməkdir ki, yeni yaranmasına baxmayaraq  stadionlar, futbolçular üçün soyunma geyinmə otaqları, futbolçuların asudə vaxtlarını keçirmələri üçün istirahət otaqları eyni zamanda AZE Nakhchivan klubuna aid olacaqdır.

Qeyd edək ki, 24 sentyabr 2017  – ci ildə klubun tanıtım mərasimi düzənlənəcəkdir. Bu mərasimə artıq hazırlıq işləri yekunlaşıb və bir çox klubların təmsilçiləri, Almaniyanın futbol mütəxxəsisləri bu toplantıya dəvət olunmuşdur.