İtaliyada aviaşouda təyyarə qəzaya uğrayıb, pilot ölüb

İtaliyanın Terraçina şəhərində keçirilən “AirShow 2017” aviaşousunda təyyarə qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə ANSA agentliyi xəbər verib.

Məlumata əsasən “Eurofighter Typhoon” təyyarəsi yüksək pilotaj nümunələri göstərərkən dənizə düşüb.

Qəza nəticəsində bir pilot ölüb, digərinin axtarışları davam edir.