Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı ölüb

Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı ölüb.

APA-nın xəbərinə görə, bu barədə BMT missiyasının “Feysbuk” səhifəsində bildirilir.

Məlumata əsasən, Qao əyalətində sülhməramlıları daşıyan avtomobil minaya düşüb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.