Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət alıb – FOTOSESSİYA

Ucarda 3 nəfərin ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk  kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan  “NİVA” markalı minik maşını ilə texnika daşımaq üçün nəzərdə tutulan yük maşını toqquşub. Nəticədə minik maşınında olan  hələlik soyadları məlum olmayan Bakı şəhər sakinləri Orucəli, Vüqar və Əkbər adlı 3 nəfər müxtəlif xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Məlumata görə zərərçəkənlər hərbiçi olan  yaxın qohumlarının yanından gəlirlərmiş.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat  şöbəsində araşdırma aparılır.