Vulkanla əlaqədar Bali adasından 35 min insan evakuasiya edilib

İndoneziyanın Bali adasında Aqunq vulkanının aktivliyinin artması ilə bağlı 35 minə qədər insan evakuasiya edilib.

APA-nın “Sinxua”’ agentliyinə istinadən verdiyi məlumata görə, İndoneziya hakimiyyəti oktyabrın 1-ə qədər adada fövqəladə vəziyyət rejimi elan edib.

Qeyd edək ki, Aqunq vulkanının aktivləşmə avqustun ortalarında qeydə alınıb, daha sonra aktivlik azalıb. Ancaq sonradan vulkan yenidən aktivləşib.