ABŞ Liviyadakı İŞİD mövqelərini bombaladı

ABŞ ordusu Liviyadakı İŞİD düşərgələrini bombardman edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Afrikadakı komandanlığından bəyanat yayılıb.

Məlumata görə, ABŞ ordusu Liviyada səhralıq ərazidə məskunlaşan İŞİD qüvvələrinə qarşı 6 aviazərbə endirib: “Zərbələr nəticəsində 17 terrorçu öldürülüb. Həmçinin, 3 zirehli maşın məhv edilib”.

Qeyd edək ki, məhv edilən düşərgənin əməliyyatların planlaşdırılması, terrorçuların köçürülməsi və silah saxlanılması üçün istifadə edildiyi məlum olub./modern.az/