Ailənin dağılmasında başlıca səbəb nədir?

Hər kəsin həyatda öz doğruları var. Bir psixoloq kimi evlənənlərin də yanlndayıq, boşananların da.
Boşanmaların sayının artmasının başlıca səbəbi situasiyalar nəticəsində cütlüklərin bir- birlərinə düşmən kəsilməsidi . Çox az cütlükər var ki mədəni şəkildə ayrılıq qərarı versinlər . Mən faktlara görə danışacam . O qədər səbəb var ki, onları sadalamayacam . Mən nə haqq qazadırmaq , nə də qınamaq fikrində deyiləm . İnsanlar zamanla münasibət qururlqar . Hər kəs öz həyatında necə və kiminlə yaşamağa qərar verir. Hər kəsin fərqli psixikası var . Bu da zamanla baş verən situasiyada necə addım atmcağına bağlıdı .

Evlənmək və ya boşanmaq da bu dediklərimə daxildi. Evlilik müqəddəslik rəmzidir . Bunun fərqində olmamaqdır səbəb. Boşanan cütlüklərlə terapiyada bunu çox asandır görmək .Ər-arvad arasında qopuqluqlar hələ övladlarına qarşı soyuq münasibətlər .Bilmirsən kimi – kimə sevdirəsən . Sevgi içdən gəlməlidi . Bu mənim qanımdı canımdı fərqindəliyi olmayan o qədər cütlüklər var ki. Ərə gedən qızların şüur altinda ər məni saxlamalıdı , istədiyimi almalıdı , qa dedim qa qu dedim qu düşüncəsi varsa , qarşı tərəf bu potensiala malik deyilsə əlbəttə ki , qalmaqalsiz mümkün olmayacaq. Kişilər evləndim və qadına əşya kimi münasibətdə olacaqlarsa ailə budur kimi, şiddət və.s . Maddiyat , mən elə bilirdim məni sevir , qaynanam qarışır, xeyanətə uğradım , məni aldatdı , sonra anladım ki yanlış edib evlənmişəm kimi fikirlər . Belə hallar heç də xoşa gələn hallar deyil. Boşanan cütlüklərin səbəbləri aşa bilməməsidi . Qopuqluqlar məhz belə hallarda meydana çıxırş .
Mən evlənməyə doğru gedən cütlüklərlə də görüşüb terapi aparıram . Çox qəribədir ki, gələcək haqqda indidən hər iki tərəf tədbirli danışırlar . Evlənəcəyik amma görsək ki, alınmır hamı necə biz də elə boşanarıq. Əlbəttə bu hər kəsin öz seçimidir .Evlənmək də boşanmaq da. Demək bu müqəddəsliyi daşıyan insanlar artıq barmaq sayı ilə göstəriləcək . Ailə bəli müqəddəsdir . Övladına, xanımına , yoldaşına sahib çıxmaq , onlara sevgi vermək hər cütlüyə nəsib deyil. Bəzi boşanan cütlüklər ikinci evliliyi şanslı olacağını düşünürlər . Qarşı tərəfi özləri kimi yəni o da mənim kimi boşanmış və məni anlayacaq düşüncəsi ilə ikinci evliliyi qururlar. Bu da hər iki tərəfin keçmişində olan travmaları situasiyalar nəticəsində tetikliyir.
Həyat böyük dərsdir .İtirmək deyildə qazanmaq böyük ugurdur. Situasiya insanın nəyə qadir olduğunu göstərir. Dediklərim hər anlamda keçərlidir .
Kimisi qazanır kimisi də itirə- itirə gedir. Və bu gözəl dünyanın adina da Yalan deyirlər .Amma anlamırlar ki , bu ad elə özlərinin adıdır./Djb.az/

Arzu Müzəffər
Psixoloq