Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi

Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasının baş həkimi Ziya Əsədov dünyasın dəyişib.
Astarainfo.az BakuPost.az -a istinadən xəbər verir ki, yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, baş həkim bu gün səhər saat 7:00 radələrində evində ürək tutmasından vəfat edib.
Vida mərasimi “Təzəpir” məscidində keçiriləcək.
Xatırladaq ki, Ziya Əsədov mərhum xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.