Bakıda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə şəhərin Xətai rayonunda qeydə alınıb.
Belə ki, paytaxt sakini 1969-cu il təvəllüdlü Ceyhun Behbud oğlu Əliyev özünü yaşadığı evdə asaraq intihar edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.