Bakıda qadınlardan maraqlı aksiya – VİDEO

Kimi özü ilə velosiped gətirib, kimi isə icarəyə götürüb. 30-a yaxın xanımı dənizkənarı bulvara toplayan bir səbəb var.  Onlar qadınların arasında əsas hobbilərdən birinin velosiped olmasını istəyirlər.

Artıq bir ildən çoxdur ki, Facebook-da elan yayaraq bir araya toplaşan bu xanımların sayı gündən günə artır. Onlar ayda bir dəfə bir yerə toplanaraq müəyyən məsafədə velo yürüş edirlər.

Aksiyanın ən gənc velosipedçisi isə balaca Əsradı. Velosiped sürməyi o qədər sevir ki, balaca boyuna və yaşına baxmayaraq böyüklərdən heç də geri qalmır.
Xanımlar deyir ki, hər dəfə toplaşanda onlara kənardan baxıb qoşulanlar da olur. Tək problem isə velosiped üçün xüsusi yolların olmamasıdır.
Bulvardan başlayan velo yürüş dənizkənarı boyunca Bakı Su İdman sarayına və ordan geriyə qayıtmaqla yekunlaşıb. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.