Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

Myanmanın Rakhayn ştatında Rohingya yaraqlıları tərəfindən öldürülmüş etnik hindu döyüşçülərinin kütləvi məzarlığı aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə yerli hərbçilərə istinadən “Frans Press” məlumat yayıb.

Bildirilir ki, 28 hindunun meyiti tapılıb.

Ştat ərazisində vəziyyət avqustun 25-də pisləşib. Bu günə qədər 400-dən çox insan ölüb.