UEFA “Qarabağ”ın oyununa təyinatları açıqladı

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu üçün hakim təyinatları açıqlanıb.

Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, matçı Portuqaliya Futbol Federasiyasından Artur Dias idarə edəcək. Pna Rui Tavares və Paulo Soares köməklik edəcək. Dördüncü hakim funksiyasını Bruan Rodriges yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.