“Xəbərdarlıq etmədən İraqa girəcəyik” – İran

Sabah saatlarından etibarən Şimali İraqda bəzi bölgələri vurmağa başladıq.

Astarainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun komandiri deyib.

“Referendum baş tutsa, bütün təhlükəsizlik müqavilələrimizi pozmağa məcbur olacağıq. Referendumdan sonra xəbərdarlıq etmədən Şimali İraqa girəcəyik və müəyyən etdiyimiz hədəfləri məhv edəcəyik”, – iranlı komandir bildirib.

Qeyd edək ki, İran bu gün İraq Kürd Muxtariyyətinin dağlıq sərhəd bölgələrini top atəşinə tutub.