Ən böyük cilalanmamış almaz satıldı – 53 milyon dollara

Dünyada ən böyük cilalanmamış almaz britaniyalı maqnat Lourens Qraff biri tərəfindən 53 milyon dollara əldə olunub.

Trend-in məlumatına görə, 1109 karat həcmində almaz 2015-ci ildə Botsvanada tapılıb.

Ötən il bu almaz 70 milyon dollara hərraca çıxarılmışdı. Lakin müştəri tapılmadığı üçün almaz hərracdan çıxarılmışdı.