Atılmış şəhərlər görəndə ona həyat vermək, dirçəltmək arzusu yaranır.

Amma haqqında söz açacağımız şəhər, tamamilə əks hisslər doğuracaq. Onun bərpasını arzulamayacaqsınız…

Bu yer – Çukotkada yerləşən Qudım adlı sovet şəhəridir.

Amerikadan 200 kilometr aralıda yerləşən bu tam məxfi obyekt hərbi ölüm bazası rolunu oynayıb.

Publika.az “soyuq müharibə” zamanı SSRİ-in əsas kozırlarından biri sayılan Qudım şəhəri haqda məlumatı oxuculara çatdırır.

Qudım – məxfi şəhərin çoxsaylı adlarından biridir. Qudım şəhərində sovet nüvə bazaları yerləşirdi və vəziyyətin sərtləşəcəyi təqdirdə Amerika kontinentinin yarısını yer üzündən məhz buradan silməli idilər. Zahirən şəhər tamamilə adi görünür: bir neçə üçmərtəbəli ev, məktəb və ticarət mərkəzi… İndi bütün bunlar yarıdağılmış və tamamilə atılmış vəziyyətdədir. Lakin Qudımda qiymətli nə var idisə yerin altında idi – raketlər və yanacağın saxlanıldığı nəhəng zirzəmi.

Qudım SSRİ-nin 15 məxfi şəhərindən biri idi. Xəritədə bu şəhər göstərilmirdi və əcnəbilərin girişi qadağan idi. Şəhər 1950-ci illərdə salınıb və 1961-ci ildən etibarən burada 5 min insan – hərbçilər və onların ailələri yaşayırdı. Bazada üç RSD-10 raket kompleksi yerləşirdi. Gərginləşən “soyuq müharibə” hərbi xarakter alardısa, onlar Alyaskanı, Vaşinqtonu, Kaliforniyanı və Cənub Dakota ştatlarını vurmalı idilər.

Coğrafi uzaqlığa və məxfiliyin statusuna baxmayaraq, yerli sakinlər Qudımdakı yaşam şərtlərindən razı idilər. Burada maaşlar çox yüksək idi, eyni zamanda defisit ümumiyyətlə yox idi. Çukotkada ticarət mərkəzində SSRİ-nin digər şəhərlərindən fərqli olaraq hər şeyi tapmaq mümkün idi.

Qudımdan nüvə arsenalını 1986-cı ildə çıxardılar. Bir müddət şəhər adi hərbi baza kimi fəaliyyət göstərdi və nəhayət 2002-ci ilə tamamilə boşaldıldl.

SSRİ-nin məhv olmasında “soyuq müharibə” kifayət etdi və hərbi çaxnaşmaya ehtiyac qalmadı.

Qudım tarixin zibilliyinə çevrildi: bir vaxtların qorxunc gücü, Amerikanı lərzəyə gətirən ölüm şəhəri SSRİ-nin varisi Rusiyaya lazım olmadı.

Zaur H.