Rusiyanın Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər. ADAU-nun rektoru İbrahim Cəfərov qonaqlara Universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə məlumat verib.
Astarainfo.az “Report”a istinadən məlumata görə, Krasnoyarsk universitetinin rektoru Natalya Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərininzəruriliyini qeyd edərək, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.
Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonra qonaqlar ADAU-nun tədris korpuslarında tədris və elmi-tədqiqat bazası, tələbə evində yaradılan şəraitlə yaxından tanış olublar.