Azərbaycanda bu il qış sərt keçəcək – Xəbərdarlıq

Bu il Azərbaycanda qış əvvəlki illərlə müqayisədə sərt keçəcək.
Bu barədə AzVision.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
T.Zeynalov qış mövsümündə havaların şaxtalı olacağını deyib:
“İndidən sərt qışa hazır olmalıyıq. Ötən il oktyabrın 20-dən sonra paltoya keçmişdik. Bu il qış geyimlərinə daha tez keçiləcək. Ötən qışda Bakıya, rayonların bəzilərinə qar bir qədər az yağmışdı. Cari mövsümdə bunun əski müşahidə olunacaq. Qar daha çox yağacaq, havalar şaxtalı olacaq. İllər ötdükcə buzlaşma hiss olunacaq, havalar tədricən soyuyacaq”.
Astarainfo.az