Bir yaşlı uşaq anası özünü asdı

Cəlilabadda intihar hadisəsi baş verib. Astarainfo.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan gənc ana Fatimə Rəhim qızı Əhmədova həyətdəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Ananın ölümündən sonra 1 yaşlı uşağı qalıb.

Faktla bağlı araşdırma aparılır.